Şrift:
Qaçqınlar məsələsi Paris-London gərginliyini artırıb
17.11.2021 [10:32] - Xəbərlər, Sosial
Fransanın Şimalında Böyük-Sənt (Grande-Synthe) şəhərində qaçqın düşərgəsi polis və jandarmlar tərəfindən evakuasiya edilib

Fransanın daxili işlər naziri Jerar Darmanən bununla bağlı tviter səhifəsində paylaşım edib. “Mənim göstərişimlə polis bu səhər Böyük-Sənt şəhərində qeyri-qanuni miqrant düşərgəsini evakuasiya edir”, - deyə J.Darmanən paylaşımda polis və jandarmlara təşəkkürünü bildirib.

Böyük-Sənt şəhərinin meri sökülən düşərgədə əksəriyyəti kürdlərdən ibarət 1500 insanın yaşadığını bildirib.

Xatırladaq ki, Fransa Milli Assambleyasında miqrasiya üzrə təhqiqat komissiyası bu gün hesabat təqdim etməlidir. Komissiyanın sədri bildirib ki, Fransa öz ərazisində miqrantlara qarşı pis rəftar edir.

Kale (Calais) şəhərində də iki fəal ölkəsinin miqrantlara qarşı qeyri-insani rəftarını pisləmək üçün oktyabrın 11-dən aclıq aksiyası keçirir. Hökumət vəziyyəti sakitləşdirmək məqsədilə vasitəçi göndərsə də, müsbət nəticə əldə edə bilməyib.
Bu xəbər oxucular tərəfindən 474 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed