Şrift:
DİN: Ötən gün 72 toy şənliyinin monitorinqi aparılıb
17.11.2021 [11:02] - Gündəm, Sosial
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri noyabrın 16-da Bakıda və respublikanın digər ərazilərində 72 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, monitorinqlər 65 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 211 nəfər toy şənliklərinə buraxılmayıb.
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed