17.11.2021 [21:34] - Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Prosesdə Ermənistanın, Rusiyanın və Qərbin özünün də maraqları olub”
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Verilən məlumatlarda bildirilir ki, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib. Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza zərər vurub. Nəticədə Azərbaycan Ordusunun yeddi hərbi qulluqçusu həlak olub, 10-u isə yaralanıb. Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib. Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımdan tam iflasa uğrayıb və növbəti dəfə rəsmi İrəvanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib. Təbiidir ki, Ermənistan xarici havadarlarının razılığı olmadan bu addımları ata bilməzdi. Maraqlıdır, Ermənistanı bu təxribatlara hansı xarici qüvvələr sövq edə bilər?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə Ermənistanla prosesi qızışdıran tərəflərin mövqeləri uzlaşır: “Bu hadisələrdə Ermənistanın özünün istəyinin olmadığını demək də doğru deyil. Ermənilər də bu prosesi yubatmaq istəyirdilər. Çalışırdılar ki, “bəlkə də qaytardılar” prinsipi ilə zaman qazansınlar. Paşinyanın Ermənistanın daxilində revanşist əhval-ruhiyyədə olan siyasi rəqibləri var. Ona görə də, müəyyən öhdəlikləri yerinə yetirməkdə ləngimələr etməyə çalışdı. Bu hadisələrin sonluğu həm də Paşinyana yenidən Ermənistan cəmiyyətinə üz tutmaq imkanını verir. Deyəcək ki, baxın, müqavimətin mənası yoxdur. Biz güc tətbiq etmək istəsək də, əzilirik. Ermənistan cəmiyyətini sabah atılacaq addımlara hazırlaya biləcək. Həm də görür ki, Azərbaycanın qanuni tələblərini yerinə yetirməkdən başqa yolu qalmayıb. Bu, Ermənistanın baxışıdır. Rusiya bu məsələlərin qızışdırılmasında və həddini aşmayan, kontrolda saxlanılması mümkün olan bir qarışıqlıqda maraqlı idi. Bu dəfə də istəyinə nail oldi. Çünki sonda Ermənistan ona müraciət etdi. Moskva yenə sülhməramlı imiclə ortada göründü. Artıq sərhədlərin dəqiqləşməsi ilə bağlı prosesdə birmənalı şəkildə yalnız özü ortada olacaq. Qərbin isə maraqları tam başqaydı. Onlar bilir ki, artıq “Dağlıq Qarabağ” adlı kartla oynamaq mümkün deyil. Bölgəyə qayıtmağın yolunu Ermənistanla Azərbaycan arasında münaqişənin başlamasından sonra görürdülər. Bu baxımdan da, prosesdə Ermənistanın, Rusiyanın və Qərbin özünün də maraqları olub. Təbiidir ki, Azərbaycan bütün bunları nəzərə alır. Başa düşür ki, nə baş verir. Azərbaycan özünü son dərəcə qətiyyətli və soyuqqanlı apardı. Minimum proqramımız budur ki, Ermənistan imzaladığı bəyanatdakı 4-cü və 9-cu bəndlərlə bağlı öhdəlikləri yerinə yetirsin. Sonrakı mərhələdə isə bundan doğan digər addımları da atacağıq”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |