18.11.2021 [10:02] - Gündəm, İqtisadiyyat
Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkədə həyata keçirilən fundamental islahatlar milli iqtisadiyyatın dayanıqlı inkişafını, sürətlə müasirləşməsini və əhalinin maddi rifahının davamlı şəkildə yaxşılaşmasını reallaşdırır. Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsində isə iqtisadi artımın daha dayanıqlı drayverlərinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi və azad edilmiş ərazilərin reinteqrasiyası kimi məsələləri gerçəkləşdirməyi qarşıya yeni vəzifələr kimi qoyur.
Bu ilin ötən aylarında dinamik artım tempi, eləcə də büdcə gəlirlərinin və xərclərinin icrasında qarşılıqlı nisbət qorunub saxlanılıb, büdcə kəsiri proqnozlaşdırılan səviyyədən xeyli aşağı olub, tədiyyə balansı hesablarında müsbət dinamika pozulmayıb, qeyri-neft ixracı və qeyri-neft vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb.
Bu sözləri açıqlamasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.
O, daha sonra cari iqtisadi vəziyyətlə bağlı bir neçə göstəricini də diqqətə çatdırıb: “Bu ilin yanvar-sentyabr aylarında tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində artım tempi sürətlənib. ÜDM 4,8 faiz yüksəlib. Əgər 2017-2020-ci illərdə qeyri-neft sənayesində əlavə dəyərin orta illik artım tempi 9,3 faiz təşkil edibsə, bu ilin 9 ayında qeyri-neft sənayesində əlavə dəyər 20 faizdən çox artıb.
Ölkənin strateji valyuta ehtiyatlarının həcmi cari ilin oktyabr ayının sonuna kimi 53 milyard ABŞ dollarını ötüb ki, bu da proqnozlaşdırılan illik ÜDM-in təqribən 110 faizinə ekvivalentdir.
İlin ötən 10 ayında qeyri-neft ixracının həcmində 42 faizlik artım müşahidə olunub ki, bu da ən yüksək tarixi göstəricidir. Bütövlükdə 2021-ci il üzrə qeyri-neft ixracının həcminin 2,4 milyard ABŞ dollarından yüksək olacağı gözlənilir”.
Emin Bağırov qeyd edib ki, bütün bu uğurları Azərbaycanın son 18 ildə reallaşdırdığı genişmiqyaslı layihələr şərtləndirib. Belə ki, iqtisadi təşəbbüslərin gerçəkləşdirilməsi nəticəsində ötən müddətdə iqtisadiyyat 3 dəfədən çox artıb, ölkə iqtisadiyyatına 300 milyard dollara yaxın investisiya yatırılıb. Bu günədək isə ölkədə 513 investisiya təşviqi sənədi verilib. Bu sənədlər üzrə layihələrin ümumi dəyəri 4,6 milyard manat təşkil edir ki, bu da əsasən regionlarda həyata keçirilən layihələrin payına düşüb.
Bu gün xarici investorların ölkəmizə olan güclü marağı da təsadüfi deyil. Bu, sərmayədarların Azərbaycanın əlverişli coğrafi mövqeyini, böyük tranzit potensialının, müasir infrastrukturunun mövcudluğunu yüksək dəyərləndirmələri ilə bağlıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunub.
Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, hazırda Azərbaycanda bu proseslər uğurla davam edir. Bütün bunlar isə ölkəmizə xarici investisiya qoyuluşuna müsbət zəmin yaradır.
Son illərdə investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi və gömrük islahatları da davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm tədbirlər həyata keçirilib. Bütün bu sistemli yeniliklər isə ölkəmizin Dünya Bankının “Doing Business 2020” reytinqində ilk iyirmiliyə daxil olmasını şərtləndirib.
Dünya Bankı ekspertlərinin fikrincə, respublikamızın belə bir müsbət nəticə əldə etməsi Azərbaycanda 4 sahədə (daşınmaz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların müdafiəsi, müqavilə intizamı) bizneslə məşğul olmağın daha da asanlaşması ilə bağlıdır.
Göründüyü kimi, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.
Son illərdə respublikada sənayenin inkişafına xüsusi diqqət yetirilib. Bu sahədə sənaye zonaları, investisiya təşviqi sənədi kimi mütərəqqi alət və mexanizmlərin tətbiq edilməsi mövcud inkişafı daha da sürətləndirib. Artıq sənaye zonalarına 6,7 milyard manat investisiya yatırımı nəzərdə tutulub, indiyədək isə 6,3 milyard manat investisiya qoyuluşu həyata keçirilib.
Emin Bağırov sözlərinə görə, Prezident İlham Əliyevin yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən çoxşaxəli islahatlar, kompleks tədbirlər sayəsində əldə olunan bütün bu uğurlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı 2022-ci ildə də inkişaf dinamikasını qoruyub saxlayacaq və iqtisadi artımın müsbət meylləri davam edəcək.

Bu xəbər oxucular tərəfindən 843 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |