Şrift:
UNESCO: Türkiyənin “Cənnət bağı” adlı klassik naxışlı İznik keramika divarının açılış mərasimi olub
18.11.2021 [10:11] - Xəbərlər, Türk dünyası-Turan
Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun Baş Konfransının 41-ci sessiyası çərçivəsində Türkiyənin UNESCO kolleksiyasına bağışladığı “Cənnət bağı” adlı klassik naxışlı İznik keramika divarının açılış mərasimi olub.

Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran, Türkiyənin Fransadakı səfiri Refik Ali Onaner, UNESCO yanında daimi nümayəndəsi, səfir Altay Cengizer, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, qurumda akkreditə olunmuş səfir və daimi nümayəndələr iştirak ediblər.

Açılış mərasimindən əvvəl Türkiyə Respublikasının xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran çıxış edərək, üzv ölkələrə Türkiyəyə etimad göstərərək, UNESCO İcraiyyə Şurasına yenidən seçdikləri üçün təşəkkür edib. UNESCO-nun 75 illiyini təbrik edərək, ölkəsinin qurumun fəal üzvü olduğuna görə qürur duyduqlarını bildirib. Rasizm, islamofobiyanın yayıldığı bugünkü dünyada, UNESCO-nun sülh və birgə yaşam mesajının yayılmasında ölkəsinin əməkdaşlıq edəcəyini diqqətə çatdırıb. Türkiyənin İcraiyyə Şurası, eləcə də Baş Konfransa sədrliyi çərçivəsində quruma verdiyi töhfələrdən söz açıb.

Sonra Türkiyənin UNESCO kolleksiyasına bağışladığı “Cənnət bağı” adlı klassik naxışlı İznik keramika divarının açılışını bildirən rəmzi lent kəsilib.

Xatırladaq ki, noyabrın 17-də keçirilən seçkilərdə Azərbaycan və Türkiyə UNESCO İcraiyyə Şurasına üzv seçiliblər.
Bu xəbər oxucular tərəfindən 2481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed