Şrift:
Rəsmi Bakı amerikalı həmsədrin dəyişməsinə münasibət bildirib
24.12.2012 [14:46] - Gündəm, Siyasət
Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bəyan edib


ATƏT-in Minsk qrupunun həmsədrlərinin “Üçlüyü” tərkibində Amerikanın vasitəçisinin əvəz edilməsi Bakı və İrəvan arasında danışıqlar prosesinə mühüm təsir göstərməyəcək. Çünki siyasəti ayrı-ayrı şəxslər deyil, həmsədr ölkələrin rəhbərləri müəyyən edirlər.

Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bəyan edib. 2009-cu ilin sentyabr ayından ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke ötən həftə bu postda vəzifəsini başa çatdırıb.

Mətbuatın məlumatına əsasən, onun müvəqqəti davamçısı amerikalı diplomat Yan Kellidir.
Bu xəbər oxucular tərəfindən 1305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed