Şrift:
Avstriyanın Zalsburq şəhərində Azərbaycan mətbəxi günü təşkil olunub
22.11.2021 [10:30] - Gündəm, Sosial
Noyabrın 21-də Avstriyanın Zalsburq şəhərində Azərbaycan mətbəxi günü təşkil olunub.

Bu şəhərdəki Azərbaycan Evində keçirilən tədbiri Avstriya Azərbaycanlıları Cəmiyyəti təşkil edib. Təşkilatın fəalları Azərbaycan və türk icmasının üzvlərini, eləcə də yerli ictimaiyyətin nümayəndələrini milli mətbəx gününə dəvət ediblər.

Milli mətbəx günündə Azərbaycan mətbəxinin ləziz təamlarından biri olan qutabın hazırlanması təqdim olunub. Azərbaycanlı xanımlar müxtəlif növ qutabları qonaqların iştirakı ilə hazırlayıblar, reseptlər əsasında onlara da qutab bişirməyi öyrədiblər.

Tədbir Azərbaycan təamlarından ibarət birgə süfrə arxasında davam edib. Qonaqlar pandemiyadan sonra Azərbaycan mətbəxinin geniş ictimaiyyətə təqdimatı və tanıdılması üçün tədbirlərin keçirilməsini arzu ediblər.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed