Şrift:
Sürücülük vəsiqəsi almaq istəyənlər hazırlıq kursu keçmədən imtahanlarda iştirak edə bilərlər
31.10.2011 [22:02] - Gündəm
Sürücülük vəsiqəsi almaq istəyənlər hazırlıq kursu keçmədən də nəzəri və təcrübi imtahanlarda iştirak edə bilərlər.

"Yol hərəkəti haqqında" qanuna bu barədə yeni dəyişikliklər nəzərdə tutulub.

Dəyişikliklərdə qeyd olunub ki, sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırllıq keçə bilər.

A1, A və B kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üzrə sürücülük vəsiqəsi almaq istəyənlər nəzəri və təcrübi imtahanlara müstəqil hazırlaşa bilərlər.

Göstərilən kateqoriyalar istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.

Dəyişikliklərə görə, sürücülük vəsiqəsi almaq istəyən şəxs Baş Dövlət Yol Polisi İdarəsinə sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edəcək.

Şəxsin sənədləri düzgün olduqda nəzəri və təcrübi imtahanın veriləcəyi tarix və vaxt barədə ona bilavasitə və internet vasitəsilə məlumat veriləcək.

Yol hərəkəti qaydaları üzrə nəzəri və təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdikdən sonra 3 gün müddətində nəzəri və təcrübi imtahanlara buraxılacaqlar.

Qanun layihəsi parlamentin müzakirəsinə təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 936 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed