Şrift:
“Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi yekunlaşıb
22.11.2021 [11:52] - Gündəm, İqtisadiyyat
Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində həyata keçirilən layihələr arasında elektrik təchizatı xüsusi önəm kəsb edir. Artıq hər biri 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi yekunlaşıb.

Bunu Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov açıqlamasında deyib.

O bildirib ki, “Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın, Şelli kəndi istiqamətində inşa edilib. Bu yarımstansiyalarda rəqəmsal idarəetmə mərkəzi yaradılıb. SCADA dispetçer idarəetmə sisteminə qoşulub. Paralel olaraq fiber optik kabelin çəkilişi təmin edilib ki, bu da Ağdam şəhərinin yüksəksürətli internet ilə təchiz olunmasına imkan verəcək.
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed