23.11.2021 [10:26] - Gündəm, Sosial
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bayramla əlaqədar nazirlikdə və struktur qurumlarda silsilə tədbirlər təşkil edilib, o cümlədən ənənəvi olaraq ədliyyə veteranlarına, habelə Vətən müharibəsində yaxın ailə üzvü şəhid olmuş və yaralanmış əməkdaşların ailələrinə baş çəkilib, ədliyyə işçiləri və hakimlər tərəfindən YAŞAT və Qarabağ Dirçəliş fondlarına 600 min manatdan çox könüllü ianələr edilib. Həmçinin ağacəkmə və qanvermə aksiyaları keçirilib, xalqımızın Vətən müharibəsində Zəfər yürüşünə, Azərbaycan ədliyyəsinin şanlı tarixinə və inkişaf dövrlərinə nəzər salınaraq mətbuatda silsilə çıxışlar edilib, nazirliyin internet və sosial media səhifələrində çoxsaylı məlumatlar paylaşılıb.
Peşə bayramı ilə əlaqədar ədliyyə naziri Fikrət Məmmədov və nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Akademik Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçəklər düzülüb, Şəhidlər xiyabanında qəhrəman övladlarımızın əziz xatirəsi anılıb.
Noyabrın 22-də Ədliyyə Nazirliyində xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla təntənəli mərasim keçirilib. Tədbirdən əvvəl əbədiyaşar liderimizin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub.
Tədbirdə nazirliyin rəhbər heyəti, ailə üzvü Vətən müharibəsində mərdlik və rəşadət göstərərək şəhid olmuş, həmçinin işğaldan azad edilmış Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təmsilçiləri olan ədliyyə veteranları və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.
Mərasimdə ədliyyə işçilərinin builki peşə bayramının müstəqilliyimizin bərpasının 30-cu və Vətən müharibəsində Qələbəmizin birinci ildönümləri ilə xüsusilə əlamətdar olduğu qeyd edilərək xalqımızın zəfər salnaməsindən və Azərbaycan ədliyyəsinin keçdiyi yoldan bəhs olunub, bayram münasibətilə hazırlanmış “Zəfərdən ilhamlanıb, “Dəmir yumruq”dan güc alırıq” adlı film nümayiş etdirilib.
Nazir çıxış edərək ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq Zəfərin ildönümü və peşə bayramı münasibətilə kollektivi təbrik edib, ümummilli lider Heydər Əliyevin müstəqilliyinə əbədi həyat verdiyi müasir Azərbaycan dövlətinin möhtərəm Prezidentimizin rəhbərliyi ilə hərtərəfli inkişaf yolu keçdiyini, son 18 ildə həyata keçirilən uzaqgörən və düşünülmüş siyasətin, ölkəmizin sosial-iqtisadi cəhətdən güclənməsi üzrə görülən davamlı işlərin məntiqi nəticəsi olaraq Vətənimizin ərazi bütövlüyünün təmin edildiyini vurğulayıb.
Bildirib ki, Ulu Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirən dövlətimizin başçısı Qarabağı və digər ərazilərimizi azad etməklə 30 ildir öz doğma ocaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyən soydaşlarımızın yurd həsrətinə son qoymaqla yanaşı, bölgədə davamlı sülhə, sabitliyə və əməkdaşlığa nail olmaq üçün yeni reallıqlar, imkanlar yaradıb. Bu gün Prezidentin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri və fəal iştirakı ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində doğma torpaqlarımız göz önündə yenidən dirçəlir.
Nazir Vətən müharibəsində və ondan sonrakı postkonflikt dövründə Ədliyyə Nazirliyinin fəaliyyətinə toxunaraq 100-dən çox ədliyyə və məhkəmə işçilərinin də döyüşlərdə iştirak etdiyini, fədakarlıq və şücaət göstərdiklərini vurğulayıb, Azərbaycan həqiqətlərinin, Ermənistanın işğalçılığının və müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətə geniş çatdırılmasında nazirliyin fəal iştirakını qeyd edib.
Sonra tədbirdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə-hüquq sistemində müasir çağırışlara uyğun aparılan mütərəqqi islahatlardan danışılıb.
Çıxış edən ədliyyə veteranları bayram münasibətilə, xüsusilə doğma torpaqlarımızın azad olunmasına görə sevinclərini bölüşüb, Ali Baş Komandana minnətdarlıqlarını bildirib, doğma Qarabağımızın tezliklə cənnətə çevriləcəyinə və azad edilmiş dədə-baba yurdlarında həyatın yenidən qaynayacağına əminliyini vurğulayıblar.
Vətəndaş cəmiyyətinin nümayəndələri ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında xidmətlərini, şəffaflığın, ictimai iştirakçılığın və vətəndaş məmnunluğunun təmin olunmasında nazirliyin səmərəli fəaliyyətini qeyd edib, ədliyyə işçilərinə xoş arzularını ifadə ediblər.
Tədbirin sonunda ədliyyə işçiləri adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə müraciət qəbul olunub.
Tədbir iştirakçıları, həmçinin nazirliyin muzeyində yeni istifadəyə verilmiş Zəfər bölməsində 44 günlük Vətən müharibəsi salnaməsinə və azad edilmiş torpaqlarımızda aparılan geniş bərpa-quruculuq işlərinə həsr edilən ekspozisiyalarla tanış olublar.
Bütün ədliyyə orqanlarında bayram tədbirləri keçirilib, ədliyyə nazirinin işçilərə təbriki çatdırılıb, vəzifələrinin icrası zamanı fərqlənən əməkdaşlar xidməti qaydada mükafatlandırılıblar.

Bu xəbər oxucular tərəfindən 456 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |