23.11.2021 [11:11] - Xəbərlər, Hərb
Şöhrət Cəlilov Vətən müharibəsinə könüllü yollanan igidlərdən idi. Düşmənə qan udduran qəhrəman Xocavənd istiqamətində yaralı yoldaşlarını xilas edərkən şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi şücaətə görə 4 medalla təltif olunub.
Şəhid Şöhrət Cəlilov 1998-ci il yanvarın 11-də Xaçmazın Gəncəli kəndində anadan olub.
2020-ci ilin iyul döyüşlərindən təsirlənən Şöhrət cəbhəyə getmək üçün könüllülər sırasına yazılıb. Sentyabrın 21-dən təlimlərə cəlb olunan qəhrəman əsgər Vətən müharibəsinin ilk günündən savaşa atılıb.
İyirmi iki yaşlı Şöhrətin Füzulidən başlayan döyüş yolu Cəbrayıl və Xocavəndə davam edib. Bir sıra yaşayış məntəqələrimizin işğaldan azad olunmasında şücaət göstərən Şöhrət komandirlərinin rəğbətini qazanıb.
“Vətənpərvər, xeyirxah övlad idi. Hamı onun xətrini çox istəyirdi. Cəbhəyə könüllü getmişdi. Son döyüşündən qabaq zəng edib halallıq aldı bizdən. Sonuncu dəfə oktyabrın 21-də danışmışıq. Ondan sonra səsini eşitmədik. Şəhid olduğunu öyrəndik. Mənim üçün çətin olduğu qədər də qürurvericidir, Şöhrətlə fəxr edirəm. Balam torpaqlarımızın azadlığı uğrunda şəhid olub”, - deyə şəhid anası Safura Məmmədəliyeva söyləyib.
Şöhrət oktyabrın 24-də Xocavənd istiqamətində döyüşdə yaralı yoldaşlarını atəş altından çıxararkən yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.
“Sentyabrın 21-də evdən hərbi biletini götürüb təlimlərə getdi. Vətən müharibəsi başlayanda isə döyüşlərdə olduğunu bildik. Zəng vuranda anası ilə danışmırdı, istəmirdi ki, anası ağlasın. Sonuncu zəngində “haqqını halal elə, anamdan, bacımdan muğayat ol”, - deyib mənimlə sağollaşdı. Xocavənddə yaralı əsgərlərimizin köməyinə gedəndə düşmən pusqusuna düşüblər. İki nəfər olsalar da sonadək vuruşub, düşmənin xeyli sayda canlı qüvvəsini məhv ediblər. Amma yaxınlıqlarına düşən mərminin partlaması nəticəsində Şöhrət şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə şəhid atası Mehman Məmmədəliyev söyləyib.
Şöhrət Cəlilov oktyabrın 28-də Xaçmaz şəhər qəbiristanlığında dəfn olunub. Qəhrəman döyüşçü ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bu xəbər oxucular tərəfindən 3269 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |