23.11.2021 [11:13] - Gündəm, Sosial
Ukraynanın ikinci böyük şəhəri olan Xarkov sakinləri və qonaqları üçün “Azərbaycan”, “Bakı”, “Sumqayıt” və “Naxçıvan” adları yad deyil. Bu adlarla Xarkov sakinləri və qonaqları gündəlik rastlaşırlar. Çünki şəhərin görməli yerlərində “Azərbaycan”, “Bakı”, “Sumqayıt” və “Naxçıvan” küçələri mövcuddur.
Xarkovun tarixi Kaçanovka rayonu ərazisində yerləşən “Azərbaycan” küçəsinin uzunluğu 700 metrdir. “Azərbaycan” küçəsinə bitişik məhəllələrdə əsasən müxtəlif hündürmərtəbəli yaşayış binaları var. Küçənin özü isə əsasən həyət evləri ilə əhatə olunub.
“Bakı” küçəsi İkinci Dünya müharibəsində Xarkovun işğalından sonra alman faşistlərinin adlandırdığı, indi də el arasında “Yeni Bavariya” kimi səsləndirilən məhəllədə yerləşir. “Bakı” küçəsi daha öncə “Borodina” adlanıb. Küçənin uzunluğu 1600 metrdir, əsasən bir və ikimərtəbəli yaşayış evləri mövcuddur.
2015-ci ildə əsaslı təmir olunan “Sumqayıt” küçəsi isə daha çox müasirliyi ilə seçilir. Uzunluğu 460 metr olan küçədə orta məktəb, uşaq bağçası yerləşir. Bu küçənin sakinləri əsasən 4-5 mərtəbəli binalarda yaşayır.
“Naxçıvan” küçəsi də daha çox həyət evləri ilə tanınır.

Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |