Şrift:
Fərəc Quliyev Dünya Xalqlar Alyansının Aİ nümayəndəliyinin rəhbəri ilə görüşdü
23.11.2021 [18:35] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bu gün (23 noyabr 2021 –ci il ) Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının sədri ,Dünya Xalqlar Alyansının fəxri prezidenti Fərəc Quliyev Dünya Xalqlar Alyansının Avropa İttifaqı nümayəndəliyinin rəhbəri,İqtisadi İnkişaf və Xarici Ticarət Federal Assossiasiyasının (BVA) direktoru cənab Urs Unkaufu qəbul etmişdir. Görüş zamanı beynəlxalq təşkilat olan Dünya Xalqlar Alyansının Azərbaycan-Almaniya münasibətlərinə verə biləcəyi töhvə, post müharibə dönəmində İşğaldan azad olunmuş ərazilərimizdə Avropa şirkətlərinin iştirakının təşviqi, Azərbaycan həqiqətlərinin Almaniyada, Almaniyanın Azərbaycanda tanıdılması istiqamətində fəaliyyət imkanları müzakirə olunmuşdur. Bu istiqamətdə keçiriləcək tədbirlərdə Avropa dövlətlərinin nümayəndələrinin iştirakı vacibliyi qeyd olunmuşdur.
Alyansın on doqquz departamentinin müvafiq istiqamətlər üzrə işləri və keçirilməsi nəzərdə tutulan tədbirlər çərçivəsi haqda təkliflər hazırlanması razılaşdırıldı. Qafqazda lider dövlət olaraq Azərbaycanın Qarabağ münaqişəsini bitirdikdən sonra beynalxalq tədbirlərin Azərbaycanda qəbulu imkanları haqda da fikir mübadiləsi aparıldı.



Fərəc Quliyev Dünya Xalqlar Alyansının Aİ nümayəndəliyinin rəhbəri ilə görüşdü














Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının mətbuat xidməti.
Bu xəbər oxucular tərəfindən 621 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed