24.11.2021 [10:06] - Gündəm, İdman
Noyabrın 23-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.
Turun ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma oynanılacaq. İlk oyunlar "Bavariya" - "Dinamo Kiyev" və "Villarreal" - "Mançester Yunayted" klubları arasında keçirilib.
E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş Almaniyanın "Bavariya" klubu Ukraynada "Dinamo Kiyev"in qonağı olub. Oyunun 14-cü dəqiqəsində qonaqların hücumçusu Robert Levandovski möhtəşəm qol ilə hesabı açıb. Görüşün 42-ci dəqiqəsində Kinqsley Koman "Bavariya"nın ikinci topunu vurub. Oyunun 70-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Denis Harmaş vurulan qollardan birinin əvəzini çıxsa da "Dinamo Kiyev" məğlubiyyətdən xilas ola bilməyib - 1:2.
İspaniyada keçirilən matçda isə "Mançester Yunayted" "Villarreal"ın qapısından iki cavabsız top keçirib. Mançester təmsilçisinin qollarını Kriştiano Ronaldo (78) və Jadon Sanço (90) vurub.
E qrupu
"Dinamo Kiyev" (Ukrayna) - "Bavariya" (Almaniya) - 1:2;
"Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya).
Qrupdakı vəziyyət: "Bavariya" - 15, "Barselona" - 6, "Benfika" - 4, "Dinamo" - 1.
F qrupu
"Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2;
"Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya).
Qrupdakı vəziyyət: "Mançester Yunayted" - 10, "Vilyarreal" - 7, "Atalanta" - 5, "Yanq Boyz" - 3.
G qrupu
"Lill" (Fransa) - "Zaltsburq" (Avstriya);
"Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya).
Qrupdakı vəziyyət: "Zaltsburq" - 7, "Lill" - 5, "Volfsburq" - 5, "Sevilya" - 3.
H qrupu
"Malmö" (İsveç) - "Zenit" (Rusiya);
"Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya).
Qrupdakı vəziyyət: "Yuventus" - 12, "Çelsi" - 9, "Zenit" - 3, "Malmö" - 0.
Digər görüşlər Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, hələlik “Bavariya” və “Yuventus” ilə yanaşı, “Liverpul” və “Ayaks" klublarının da pley-offa vəsiqə qazanması dəqiqləşib.

Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |