Şrift:
Astaralı məktəbli “Zəfər yolu” ümumrespublika inşa müsabiqəsində üçüncü yeri tutub
24.11.2021 [10:23] - Gündəm, Gənclik, Bildiriş
Ümumtəhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsinə yekun vurulub.

Qaliblər sırasında Astara rayonunun Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Kəmalə Əzizova da var.

Kəmalə Əzizova 44 günlük Vətən müharibəsinə və Zəfər tariximizə həsr olunmuş "Zəfər yolu" ümumrespublika inşa müsabiqəsində üçüncü yerə layiq görülüb.

Astara Rayon Təhsil Şöbəsində ümumrespublika inşa müsabiqəsində fəxri yerlərdən birinə sahib olan Kəmalə Əzizova ilə keçirilən görüşdə çıxış edənlər ona təhsildə yeni-yeni nailiyyətlər arzulayıblar.
Bu xəbər oxucular tərəfindən 8141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed