25.11.2021 [09:45] - Gündəm, İdman
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turun daha iki görüşü keçirilib.
İkinci oyun günün erkən başlayan oyununda İtaliyanın "İnter" klubu öz meydanında Ukraynanın "Şaxtyor Donetsk" komandasını qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Milan təmsilçisinin heyətində hər iki qolu Edin Dzeko vurub.
Bu qələbə sayəsində xal ehtiyatı 10-a çatdıran "İnter" pley-off mərhələsinə vəsiqə qazanıb. "Şaxtyor Donetsk" bir xalla dördüncü yerdə qərarlaşıb.
Qrupun digər matçında İspaniyanın "Real Madrid" klubu Moldovada "Şerif"i üstələyərsə, həm özü, həm də Milan təmsilçisi səkkizdəbir finala vəsiqə qazanacaq. Tiraspolda mümkün heç-heçə də "İnter"i pley-offa çıxaracaq. "Şaxtyor" isə bu məğlubiyyətdən sonra avrokuboklarla vidalaşıb.
Niderlandın "Ayaks" klubu səfərdə Türkiyə təmsilçisi "Beşiktaş" komandasının qonağı olub. Matçın 22-ci dəqiqəsində İstanbul təmsilçisi Raçit Qezzalın sayəsində hesabda önə çıxıb. Fasilədən sonra qonaqlar ardıcıl iki dəfə fərqlənərək qələbə qazanıb. Amsterdam təmsilçisinin heyətində Sebastian Haller (54, 69) dubl edərək komandasına üç xal qazandırıb.
Bu nəticədən sonra "Beşiktaş" 3-cü yeri tutaraq, UEFA Avropa Liqasının pley-offuna düşmək şansını itirib və avrokuboklarda mübarizəni dayandırıb. "Ayaks" isə qələbə sayəsində qrup liderliyini təmin edib.

Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |