Şrift:
Slovakiyada iki həftəlik sərt karantin rejimi elan olunub
25.11.2021 [09:47] - Gündəm, Sağlıq
Slovakiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq noyabrın 25-dən etibarən ölkə üzrə iki həftəlik sərt karantin rejimi elan edib.

Baş nazirin müavini Ruxard Sulik Nazirlər Kabinetinin iclasından sonra bu barədə məlumat verib. Qeyd edilib ki, hökumətin iclasından öncə lokdaunun koronavirusa qarşı peyvənd olunmuş şəxslərə şamil olunmayacağına dair xəbərlər dolaşsa da, lokdaunun bütün əhali üçün keçərli olacağı məlum olub.

Qonşu Avstriya ilə bənzər qaydada sərt karantin rejimi tətbiq olunan Slovakiyada lokdaun dövründə uşaq bağçaları və məktəblər fəaliyyətlərini müntəzəm testlər əsasında davam etdirəcəklər. İki həftə boyunca gündəlik tələbat mallarının satışı istisna olmaqla bütün ictimai-iaşə, qastronomiya obyektləri bağlı olacaq, kütləvi tədbirlərə icazə verilməyəcək.

Qeyd edək ki, pandemiya başlayandan bəri Slovakiyada koronavirusa yoluxma hallarının ən yüksək göstəricisi – gündəlik 10 mindən artıq yoluxma qeydə alınıb. Bu isə 5,5 milyon əhalisi olan ölkə və onun səhiyyə sistemi üçün arzuolunmaz göstəricidir.
Bu xəbər oxucular tərəfindən 669 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed