Şrift:
Güneydə “Ümumi dilçilik” kitabı ana dilimizdə nəşr olunub
25.12.2012 [11:13] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Təbrizdə “Ümumi dilçilik” kitabı ərəb əlifbası ilə Azərbaycan türkcəsində təkrar nəşr edilib.

Kitabın müəllifi tanınmış dilçi alim Əli Daşqındır.

Kitabda dilçilik elminin əsasları, quruluşu, qolları və sahələri, dilçilik və fəlsəfə, dil və dilçiliyin inkişaf istiqamətləri, dilin insan cəmiyyətindəki yeri və rolu, dilçiliyin qeyri-ictimai elmlərlə əlaqəsi, türk dilləri, ümumi dilçiliyin inkişafında türk dillərinin rolu və s. məqamlardan bəhs olunur.

Qeyd edək ki, son illərdə Güney Azərbaycanda fars şovinizminin bütün təzyiqlərinə rəğmən millətimizin müqavimət gücü yüksəlib və bu tip kitabların nəşrinin sayı artıb.
Bu xəbər oxucular tərəfindən 1532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed