Şrift:
Salyanda əkinlərin vaxtında suvarılması üçün qabaqcadan mühüm tədbirlər görülüb
26.11.2021 [11:22] - Gündəm, İqtisadiyyat
Salyanda əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə görülən işlər mütəmadi olaraq davam etdirilir.

Salyanda 45897 hektar suvarılan əkinəyararlı torpaq sahəsi var. Salyan Suvarma Sistemləri İdarəsi suvarma suyunun tələbatçılara vaxtında, itkisiz verilməsi, məhsuldarlığın əvvəlki illərə nisbətən artırılması üçün lazımi işləri həyata keçirir. Əsas işi kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin etmək olan idarə, həmçinin suvarma kanallarının işlək vəziyyətdə saxlanılması üçün də çalışır. İdarənin balansında ümumilikdə 1182 kilometr uzunluğunda olan suvarma kanalları var və bu il həmin kanalların 570 kilometri lildən təmizlənib.

Eləcə də “Akkuşa-2” nasos stansiyasının giriş hissəsi və 280 hektar əkin sahəsinə xidmət edən kanalın 1100 metri beton örtüklə təmir olunub.

Hazırda Salyanda yonca əkini yekunlaşıb, arpa əkini bitmək üzrədir, buğda əkininin isə qızğın vaxtıdır. Salyan Suvarma Sistemləri İdarəsi əkinlərin vaxtında suvarılmasında hər hansı problem yaşanmaması üçün qabaqcadan mühüm tədbirlər görüb və hazırda da bu məsələ diqqətdə saxlanılır.
Bu xəbər oxucular tərəfindən 851 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed