Şrift:
İranın neft naziri sanksiyaların təsirindən danışıb
25.12.2012 [11:20] - Güney Azərbaycan xəbərləri, İqtisadiyyat
Iranın neft naziri Rüstəm Qasımi dekabrın 23-də jurnalistlərə açıqlamasında beynəlxalq sanksiyaların təsirindən danışıb.
Rüstəm Qasımi deyib ki, sanksiyalar ölkə iqtisadiyyatını çətinliklərlə üz-üzə qoysa da, İran zərəri minimuma endirməyi bacarıb: “Ölkə iqtisadiyyatı və gəlirinin əsas hissəsi neftdən asılı olduğuna görə sanksiyalar mənfi təsir edir, beynəlxalq gəmilərin sığortalanmasını ləğv etməklə neftin nəqli istiqamətində böyük maneələr yaradır.

Neft sənayesinin inkişafı üçün lazım olan avadanlıqların idxalı məhdudlaşıb, gəmilərimizin beynəlxalq limanlarda lövbər salmasına qadağa qoyulub. Bu sanksiyalar tətbiq edildikdən sonra bizim vəziyyətimiz çox pisləşmişdi. Lakin bir sıra proqramlar əsasında tədbirlər görüb çətinliklərin öhdəsindən qismən gələ bildik”.
Bu xəbər oxucular tərəfindən 1310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed