Şrift:
İsfahan etirazlarında həbs edilənlərin sayı 214 nəfərə çatıb, 3 etirazçı öldürülüb
29.11.2021 [11:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həbs edilənlərdən 13-ünün uşaq və yeniyetmə olduğu bildirilir.

Sosial şəbəkələrin və İrandakı hüquq müdafiəçilərin yaydığı xəbərə əsasən, repressive polis, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçı əkinçilər və fermerlərə atdığı saçma güllələrdən ən azı 30 nəfər göz nahiyəsindən xəsarət alıb, bəziləri isə bir və ya hər iki gözdən kor olub. İki gözdən kor olanlardan biri 15 yaşlı bir yeniyetmədir.

Bildirilir ki, hökumət qüvvələrinin dinc fermelərə və kəndlilərə qarşı keçirdiyi vəhşi və repressiv əməliyyatında SEPAH terror təşkilatının “Qüds” briqadası sıralarında fəaliyyət göstərən muzdlu Əfqanıstan şiələrindən ibarət “Fatimiyyun” qüvvələrindən də istifadə edilib.

Yayılan məlumatda həmçinin bildirilir ki, biri yaşlı bir qadın olmaqla 3 əkinçi başından aldığı dəyənək zərbəsi nəticəsində yerində keçinib, cənazələri isə naməlum istiqamətə aparılıb.

İrandakı hüquq müdafiəçilərinin bildirdiyinə görə, son etirazlarda həbs edilən, əksəriyyətini yaşlı kəndlilər təşkil edən 214 etirazçı əvvəlcə İsfahanın Dəstgerd həbsxanasına aparılsa da, sonradan gecə saatlarında həmin həbsxanadan çıxarılaraq naməlum istiqamətə aparılıb.

Hazırda İsfahanın qurudulmuş Zayəndərud çayı ətrafında və şəhərin digər məntəqələrində vəziyyətin gərgin olduğu, etirazların pərakəndə şəkildə davam etdirildiyi bildirilir.

Xatırladaq ki, isfahanlı əkinçi və fermerlərin susuzluğa və içməli suyun qıtlığına qarşı dinc etirazları iki həftə əvvəldən başlayıb.
Bu xəbər oxucular tərəfindən 927 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed