29.11.2021 [17:54] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev yəhudilərin milli bayramları olan Hanukka münasibəti ilə dünya yəhudilərini, o cümlədən Azərbaycanda yaşayan yəhudiləri təbrik edib. Təbrikdə deyilir:
“Türklər və yəhudilər ən qədim mədəniyyətə malik və bəşəriyyətə böyük töhvələr vermiş millətlərdəndirlər. Tarixdə hansı ideloji-siyasi düşüncənin hakimiyyətdə olmasına baxmayaraq, bu iki millət arasında heç vaxt ixtilaf və müharibəyə səbəb olacaq hər hansı bir qarşıdurmanın olmaması millətlərimizin daim dostluq münasibətində yaşamalarının sübutudur. Çox sevindirici haldır ki, həmin ənənə bu gün də davam etməkdədir. Dövlətlərimiz arasında əməkdaşlıq və tərəfdaşlıq, xalqlarımız arasında dostluq və həmrəylik mövcutdur. Yəhudi xalqı Azərbaycanın haqlı mövqeyini daim müdafiə edən xalqlar sırasında ilk yerlərdən birini tutur.
Eyni zamanda Azərbaycanda yaşayan yəhudilər də Azərbaycan cəmiyyətinin ayrılmaz bir hissəsi kimi, daim türklər və digər xalqlarla dostluq və qardaşlıq münasibətləri şəraitində yaşayıblar. Azərbaycanda yaşayan yəhudilər öz dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamaqla ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Azərbaycanın azadlığı, ərazi bütövlüyü, mədəniyyəti, iqtisadiyyatı, elminə töhfələr verən yəhudi icmasının Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında özünəməxsus rolu vardır.
Tarixdə böyük iztirablar yaşamış yəhudi milləti bü günlərdə “İşıq Festifalı” kimi tanınan Hanukka bayramını qeyd edir. Özündə mənəvi cəhətdən dünyaya aydınlıq və ziyanın yayılması arzusunu ehtiva edən Hanukka bayramı münasibəti ilə bizə dost və qardaş olan dünya yəhudilərini, o cümlədən Azərbaycanda yaşayan yəhudi xalqını bu əziz və mənalı gün münasibəti ilə şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edirəm. Dostluq və qardaşlığımızın əbədi olması arzusuyla, yəhudi xalqına bir daha heç bir iztiraba rast gəlməmək və dünyamızın mənəvi cəhətdən aydınlıq və ziyanın içərisində olması arzularının çin olmasını arzulayıram.”

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |