Şrift:
Masallıda maarifləndirici tədbir: Narkomaniyasız gələcək üçün çalışaq!
01.12.2021 [10:14] - Gündəm, Sosial
Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qodman kənd tam orta məktəbində “Narkomaniyasız gələcək üçün çalışaq!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Masallı Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polisi baş leytenantı İxtiyar Talıbov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən danışıb.

Qeyd olunub ki, ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Belə görüşlərin keçirilməsində əsas məqsəd də məhz yeniyetmə və gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirməkdən ibarətdir. Çünki narkotik vasitələrdən istifadə edərək özünü fiziki və psixoloji cəhətdən məhvə aparan insan nə yaxınları, nə də cəmiyyət üçün layiqli vətəndaş ola bilməz.

Digər çıxış edənlər bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək, şagirdləri belə həssas mövzulara diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.
Bu xəbər oxucular tərəfindən 537 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed