Şrift:
Qazaxıstan öz vətəndaşlarını Misirdən təxliyə edəcək
01.12.2021 [10:17] - Gündəm, Sağlıq
Qazaxıstan koronavirusun “omikron” ştamı ilə əlaqədar Misirdə istirahətdə olan 4 minə yaxın vətəndaşını gətirmək üçün 23 təxliyə reysi təşkil edəcək.

Yaxın vaxtlarda yerli “Air Astana” Hava Yolları Şirkətinin təyyarələri təxliyə üçün Misirdən uçuşlara başlayacaq.

Qazaxıstan Turoperatorları Assosiasiyası bildirib ki, Misirə yeni il turu alan vətəndaşlara tətil marşrutlarını dəyişmək və ya pullarının geri qaytarılması imkanı yaradılacaq.

Xatırladaq ki, Qazaxıstan səhiyyə nazirinin müavini Marat Şoranov koronavirusun yeni “omikron” ştamının ölkəyə girişinin qarşısını almaq üçün dekabrın 3-dən etibarən yeni qaydaların qüvvəyə minəcəyini və sərnişin axınının çox olduğu Misirə uçuşların dayandırılacağını bildirib.
Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed