25.12.2012 [12:15] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanda bəzi çıxışlarıyla olay yaradan Ərdəbilin imam-cüməsi Höccəttülislam Seyid Həsən Amili rejimə meydan oxuyub.
Xiyav (Meşkinşər) Azad Universitetinin təşəbbüsü ilə keçirilən seminarda çıxış edən cənab Amili, İran adlanan ölkədə panfarsizmin təhlükəsindən danışıb. Bildirib ki, bu sistemlə mübarizə aparmaq üçün Ərdəbildə panfarsistlərin kim olduğunu müəyyənləşdirib və öz çalışmaları ilə bunun qarşısını alıb.
Höccəttülislam Həsən Amili qeyd edib ki, dövlətin vəzifəsi ana dillərini qorumaqdır: “Bu yolda islam hakimiyyətinin daha ağır vəzifəsi vardır. İslam hökuməti demokratik hökumətdir və əgər xalq səs verərsə, hər bir dil rəsmi ola bilər. İranda əhalinin çoxunun dili türkcədir, ancaq azlıqda olan farsların dili yeganə dil olaraq Konstitusiyada əksini tapıb. Bu isə fars olmayan xalqların etirazına səbəb olub”.
Höccəttülislam Həsən Amili çıxışının davamında bildirib ki, özü şəxsən əsl türk sözlərini toplayıb və hətta “Azərbaycan Türkcəsi” dil ocağının təsis edilməsi barədə dövlət yetkililərinə muraciət edib.

Bu xəbər oxucular tərəfindən 1115 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |