Şrift:
“Ünzile Ana” adlı gəmidəki faciəli hadisə araşdırılır
03.12.2021 [10:23] - Gündəm, Sosial
Qara dənizin Zonquldağ hövzəsində yerləşən Ereğli rayonundakı limanda lövbər salan gəmidən yıxılaraq həyatını itirən şəxsin Azərbaycan vətəndaşı Anar Orucov olması barədə məlumatlar aidiyyəti qaydada araşdırılır.

Azərbaycanın Türkiyədəki səfirliyindən daxil olan məlumata görə, bununla bağlı müvafiq tapşırıqlar verilib. Hazırda hadisənin dəqiqləşdirilməsi və tədbirlərin görülməsi üçün Türkiyənin müvafiq qurumları, eləcə də Zonquldağın yerli hakimiyyət orqanları ilə əlaqə yaradılıb.

Qeyd edək ki, yükləmədən sonra Bolqarıstana səmt alması nəzərdə tutulan Panama bayrağı altında üzən “Ünzile Ana” adlı gəminin üzücü heyətində təmsil olunan bir nəfər zərbədən suya yıxılıb və axtarış nəticəsində onun cəsədi tapılıb. Türkiyə KİV-lərinin məlumatına əsasən həmin şəxs Azərbaycan vətəndaşı Anar Orucovdur. İlkin məlumata görə, hadisəyə səbəb fırtınalı hava şəraiti olub.
Bu xəbər oxucular tərəfindən 520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed