Şrift:
Muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 20,8 faiz artıb
03.12.2021 [10:28] - Gündəm, İqtisadiyyat
Naxçıvan Muxtar Respublikasında təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 185 milyon 801 min manat məbləğində kreditlər verilib. Bu da bir il öncəki göstəricidən 20,8 faiz çoxdur.

Verilmiş kreditlərin 19 milyon 803 min 900 manatı və yaxud 10,7 faizi qısamüddətli, 165 milyon 997 min 100 manatı və yaxud 89,3 faizi uzunmüddətli kreditlər olub.
Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed