03.12.2021 [10:33] - Gündəm, Sağlıq
Fransada son 24 saatda COVID-19 virusuna 50 min yeni yoluxma və 93 ölüm faktı qeydə alınıb
Fransa Səhiyyə İdarəsinin məlumatına istinadla xəbər verir ki, ölkədə koronavirusun “omikron” ştamına 8 yoluxma təsdiqlənib.
Ölkədə yoluxma miqdarı hər 100 min nəfərə 310, 86 yeni yoluxma təşkil edir. Xəstəxanalarda 10 558 koronavirus xəstəsi var və reanimasiyada 2 minə yaxın ağır vəziyyətdə olan xəstə müalicə olunur. Ölkədə virus qurbanlarının ümumi sayı 119.227-ə çatıb. Son sutkada xəstəxanalara 992 yeni xəstə daxil olub. Ölkədə pandemiya başlayandan 7 725 114 yoluxma qeydə alınıb. 436 766 virus xəstəsi sağalıb.
Ölkə əhalisinin 52 milyonunun və ya 90 faizinin birinci doza peyvənd olduğu qeyd edilib.
Strasburq, Kolmar və Meluz şəhərlərində xəstəxanalarda xəstə axını zamanı insan və maddi resursların cəld və rasional şəkildə həyata keçirilməsini planlaşdırmaq üçün nəzərdə tutulan “ağ plan”ın (plan blanc) tətbiqinə başlanılıb.

Bu xəbər oxucular tərəfindən 944 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |