03.12.2021 [10:37] - Gündəm, Sosial
Dekabrın 2-də Astara Rayon Heydər Əliyev Mərkəzində şəhər 2 nömrəli və Pensər kənd 2 nömrəli tam orta məktəblərinin şagirdləri üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının milli qürur, iftixar mənbəyidir” mövzusunda tarix dərsi keçirilib.
Tədbirdə ulu öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tarix dərsində çıxış edən Mərkəzin direktoru Kübra Səmədova bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli lider Heydər Əliyevin adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır. Ulu Öndərin Azərbaycana 35 illik rəhbərliyi dövründə Respublikamız əsrlərə bərabər inkişaf yolu keçib.
Sonra “Ulu öndər Heydər Əliyevin neft strategiyasından başlanan 44 günlük Zəfər yolu” filmi nümayiş olunub.
Tədbirdə Astara Rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımovanın mövzuyla bağlı məruzəsi dinlənilib.
Digər çıxış edənlər də böyük rəhbər Heydər Əliyevin Azərbaycan xalqı, Vətən qarşısında əvəzolunmaz xidmətlərindən danışıblar.
Çıxışlarda qeyd olunub ki, ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkişaf etdirilir.
Diqqətə çatdırılıb ki, Azərbaycan iqtisadi qüdrəti olan bir dövlət kimi, həm də güclü orduya malikdir. Ordumuz ərazi bütövlüyümüzü qoruyan hərbi qüvvədirsə, onu yenilməz edən isə əsgər və zabitlərimizin gücü, iradə möhkəmliyi, qorxmazlığı, döyüş bacarığı, düşmənə qarşı eyni əqidə ilə yumruq kimi birləşərək mübarizə aparmasıdır.
Məhz bu birlik sayəsində rəşadətli Azərbaycan Ordusu hədəfinə çatmağı bacardı, böyük Qələbəyə imza atdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin bu möhtəşəm qalibiyyəti dünyaya səs saldı. Şanlı Azərbaycan Ordusunun böyük şücaəti, döyüş bacarığı, yenilməzliyi və böyük qalibiyyəti sayəsində indi üçrəngli bayrağımız Qarabağda dalğalanır.

Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |