03.12.2021 [10:41] - Gündəm, Sosial
Cənubi Koreya hökuməti pandemik vəziyyətin yenidən ağırlaşması fonunda insanların toplaşmasına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Paytaxt Seulda 6, ölkənin digər yerlərində isə 8-dən çox adamın toplaşması qadağan edilib.
Bu, noyabrın 1-də karantin rejiminin yumşaldılmasından sonra əks istiqamətdə qəbul edilən ilk məhdudiyyət qərarıdır. Cənubi Koreya hökuməti yumşalma rejiminin mənfi nəticələri ilə üz-üzə qalıb.
Baş nazir Kim Bu-kyum qərarın ölkədə virusa yoluxma sayının davamlı çoxalması və daha təhlükəli hesab edilən "omikron" ştamının yayılma ehtimalı fonunda qəbul olunduğunu açıqlayıb. O, qapalı məkanlara, o cümlədən kafe və restoranlara, fitnes zallarına, gecə klublarına, at və velosiped yarışları arenalarına girişdə müştərilərdən COVID-19 infeksiyasına qarşı tam peyvənd olunma və ya koronavirus testinin neqativ nəticəsi barədə arayış tələb olunacağını bildirib, sahibkarları əməkdaşlarının evdən işləmələri üçün şərait yaratmağı xahiş edib. Xəstəliyə qarşı ən yaxşı mübarizə vasitəsinin vaksinasiya olduğunu vurğulayan hökumət başçısı, əhalini, o cümlədən yeniyetmələri peyvənd olunmağa, xüsusi risk qrupundan olanları isə buster dozanı qəbul etməyə çağırıb.
Qeyd edək ki, Cənubi Koreya hökuməti əvvəlcədən elan etdiyi kimi COVID-19 virusuna qarşı tam peyvənd olunanların ölkə əhalisinin sayının 70 faizinə çatmasından sonra noyabrın 1-də karantin rejimini ilk mərhələdə yumşaldıb. Amma noyabrın ortasından başlayaraq sutkalıq yoluxma sayı davamlı çoxalmağa başlayıb. Bu dövrdə sutkalıq yoluxma sayında bir neçə dəfə antirekord qeydə alınıb. Dekabrın 2-də isə sutkalıq yoluxma sayı ən yüksək həddə (5 min 266) çatıb. Hökumət bu cür şəraitdə dekabrın ortasına nəzərdə tutulan karantin rejiminin növbəti yumşaldılmasının mümkün olmayacağını açıqlayıb. Narahatlıq doğuran məqamlardan biri də xəstəxanalarda, xüsusən də reanimasiya və intensiv terapiya şöbələrində çarpayı sayı çatışmazlığının yaranma ehtimalıdır.
Bundan başqa, Cənubi Koreyada “omikron” ştamına ilk yoluxmaların qeydə alınması da pandemik vəziyyət barədə təşviş yaradıb. Hazırda ölkədə "omikron" ştamına 6 yoluxma halı aşkarlanıb. Hökumət “omikron” ştamının yayılması ilə mübarizənin təşkili üçün qurumlararası operativ qərargah yaradıb. Artıq noyabrın 28-dən Cənubi Afrika Respublikası, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malavi vətəndaşlarının Cənubi Koreyaya girişinə və bu dövlətlərin vətəndaşlarına viza rəsmiləşdirilməsinə məhdudiyyət tətbiq olunur. Çox vacib məqsədlər üçün ölkəyə girişinə icazə verilən şəxslər isə müəyyən edilmiş yerlərdə 10 gün məcburi karantinə cəlb olunacaq. Həmin şəxslər bu müddətdə 3 dəfə test verməlidirlər.

Bu xəbər oxucular tərəfindən 624 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |