03.12.2021 [10:42] - Gündəm, Sağlıq
Yaponiya hökuməti koronavirusun “omikron” ştamının yayılmasının qarşısını almaq məqsədilə daha altı ölkə və regiondan gələnlər üçün karantin tələblərini sərtləşdiri
Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Qana, İrlandiya, Norveç, BƏƏ, Səudiyyə Ərəbistanı və Kaliforniyadan gələnlər üçün xüsusi müəssisələrdə qalmaq şərti ilə 14 günlük karantin tətbiq olunacaq. Həmin qayda dekabrın 4-də qüvvəyə minəcək.
Xatırladaq ki, Yaponiya hökuməti noyabrın 29-da ölkəyə gələnlərin ümumi sayının 3,5 min nəfərdən çox olmaması barədə qərar qəbul edib. Bunun ardınca “omikron” ştamı ilə əlaqədar Afrikanın doqquz ölkəsindən uzunmüddətli vizalara malik şəxslər də daxil olmaqla bütün əcnəbi vətəndaşların ölkəyə gəlişinə qadağa tətbiq edilib.
Bununla yanaşı, Yaponiya hökuməti noyabrın 30-da əcnəbi biznesmenlər, tələbələr və texniki əməkdaşlara tətbiq olunan yumşaltmaları təxirə salıb və bütün digər əcnəbilər üçün vizaların verilməsini dayandırıb. Bu tədbirlərin ən azı bir ay ərzində davam edəcəyi gözlənilir. Ehtiyac yaranacağı təqdirdə həmin müddət uzadıla bilər.

Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |