Şrift:
Təbrizin ətrafında yerləşən əkin və otlaq sahələri məhv ola bilər: Şəhər fərmandarından xəbərdarlıq
03.12.2021 [11:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, bildirib ki, tədbir görülməsə Təbrizin ətrafında yerləşən əkin və otlaq sahələri məhv olacaq. Fərmandar ekoloji çirkliliyin bölgə kəndlərinin əhalisinin sağlamlığına təhlükə yaratdığını bəyan edib.


“Təbriz ətrafında qaydasız və standartlara riayət olunmadan qum, çınqıl və mədən istixracı əkin və otlaq sahələrinin məhv olmasının əsas amilidir”-deyə, fərmandar bildirib.

2013-cü ildə qəbul edilən sərəncama görə Təbriz ətrafında qeyd olunan istixrac əməliyyatlarının aparılmasının qadağan olunmasına baxmayaraq, bu riayət olunmur.


Bundan öncə ekoloji problemin araşdırılması və qarşısının alınması məqsədilə Təbriz fərmandarlığı, Kənd Təsərrüfatı İdarəsi, Sənaye, Mədən və Ticarət Palatası və Şərqi Azərbaycan Prokurorluğunun nümayəndələrindən ibarət komissiya yaradılıb.


Ancaq komissiya bu günə kimi problemin qarşısının alınmasında hər hansı əməli addım atmadığı üçün bölgə kəndliləri və ətraf mühit fəallarının etirazları ilə qarşılaşıb.
Bu xəbər oxucular tərəfindən 1019 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed