03.12.2021 [15:47] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Biz Rusiya sülhməramlılarının vaxtının bitməsini mütləq 5 il gözləməli deyilik”.
Bu fikri Rusiya sülhməramlılarının Qarabağın işağldan azad edilməmiş hissəsində gördükləri işlər və cəmiyyətin, eləcə də siyasətçilərin bu məsələni gündəmdə saxlamamasına münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında səsləndirib.
“Nə qədər ki, Azərbaycan ərazilərində Rusiyanın sülhməramlı adı altında silahlı qüvvələri mövcuddur, ürəkbulandırıcı hadisələrlə rastlaşacağıq. Başqa siyasətçilərdən fərqli olaraq bundan bezmirəm. Buna dərhal reaksiya verməliyik. Hadisə böyükdür, kiçikdir fərqi yoxdur, buna münasibət bildirib, bundan məmnun olmadığımızı ortaya qoymalıyıq. Bunlar zaman-zaman toplanıb, paket halına salınaraq Kremlin qarşsına qoyulsun ki, bu səbəblərdən ölkəmizi tez tərk etməlisiniz.
Azərbaycan yurisdiksiyası daxilində sülhməramlı adı altında bizi məmnun etməyən bu hərəkətləri bizi özümüzdən çıxarır. Çünki gördükləri işlər mandatlarına aid deyil. Sülhməramlıların gördüyü bütün işlər Azərbaycanın suverenliyinə müdaxilədir. Heykəl ucaldırlar, su çəkirlər, ev tikirlər, bunlar hamısı yolverilməzdir. Hesab edirəm ki, cəmiyyət yorlmadan bu məsələlərə münasibət bildirməlidir. Cəmiyyətin də toplanmış münasibətini hakimiyyət milli iradə olaraq ifadə etməlidir”.
AÇILMAZSA TIKLAYIN

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 549 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |