Şrift:
İranın baş prokuroru Əhmədinejaddan siyahı istədi
26.12.2012 [10:06] - Güney Azərbaycan xəbərləri
İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei prezident Mahmud Əhmədinejada məktub yazaraq hökumət banklarından iri məbləğdə kredit alıb qaytarmayan 300 nəfərin adlarının təhvil verilməsini xahiş edib.

Dekabrın 22-də jurnalistlərə açıqlama verən Əhmədinejad ölkənin maliyyə problemlərindən danışarkən deyib ki, ölkə sərvətinin 60 faizi 300 nəfərin əlində cəmləşib: “Həmin şəxslər hökumət banklarından külli miqdarda kredit alıblar, lakin aldıqları pulları qaytarmırlar. Biz bu şəxslərin siyahısını hazırlayıb məsələni araşdırmaq istəyəndə başqa bir yerdən həngamə qoparıb təzyiq göstərdilər. Bununla da problem öz həllini tapmadı”.
Möhsüni Ejeinin Əhmədinejada məktubunda deyilir: “Mən dəfələrlə olduğum iclaslarda bu məsələni qabardıb problemlə maraqlanmışam. Sizdən gözlədiyimiz odur ki, İran Məhkəmə Sistemində və Baş Prokurorluqda məsələyə baxılmaq üçün hökumət banklarına borcu olan həmin şəxslərin adlarının təhvil verilməsinə şərait yaradasınız.

Biz hökumət banklarına 10 milyard rialdan çox borcu olanların kimliyi ilə bağlı İran Mərkəzi Bankına iki dəfə sorğu göndərib həmin şəxslərin adlarını istəsək də, hər hansı cavab almamışıq. Həmin 300 nəfərin adlarının təcili olaraq İranın Baş Prokurorluğuna göndərilməsini xahiş edirəm”.
Bu xəbər oxucular tərəfindən 857 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed