Şrift:
Fərid Cəfərov: Könüllülər üçün dövlətçilik və vətənpərvərlik mövzularının təbliği prioritet məsələlərdəndir
06.12.2021 [09:48] - Xəbərlər, Sosial
Azərbaycan Könüllülərinin lV Həmrəylik Forumu ənənəvi olaraq 2018-ci ildən təşkil olunur. Forumun keçirilməsində məqsəd həm könüllülər gününün qeyd olunması, eyni zamanda, ölkəmizdə könüllülük fəaliyyətinin gənclər arasında təbliğidir. Son illərdə könüllülük hərəkatı gənclik modelinə çevrilib.

Bu fikriləri müsahibəsində Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov söyləyib.

Fərid Cəfərov deyib: “Görürük ki, bu hərəkat yalnız Bakıda deyil, regionlarda da gənclər tərəfindən böyük maraqla qarşılanır. Könüllülərin Həmrəylik Forumu, ilk növbədə, dövlətimizin başçısı İlham Əliyev tərəfindən bu sahəyə olan diqqət və qayğının təzahürüdür. Prezident İlham Əliyev 2019-cu ildə gənclərlə görüşündə dövlət qurumlarına müraciət edərək, gəncləri könüllü qismində öz sıralarına cəlb etməyi tövsiyə etmişdir. Biz görürük ki, ötən dövr ərzində ölkəmizdəki könüllü hərəkatlarının və təşkilatlarının sayı 3 dəfəyə qədər artıb. Bugünkü forum çərçivəsində təşkil olunan sərgidə könüllü hərəkatları və təşkilatları öz fəaliyyətləri ilə bağlı layihələri, proqramlarını nümayiş etdirirlər”.

Forum çərçivəsində il ərzində fərqlənən könüllülərin mükafatlandırılmasının da nəzərdə tutulduğunu bildirən icraçı direktor qeyd edib: “Növbəti il üçün könüllülərin təklifləri, təşəbbüsləri əsasında layihə və proqramların planlaşdırılması da nəzərdə tutulur. Buraya sosial layihələr, ekoloji aksiyalar, könüllülərin inkişafı ilə bağlı treninq və seminarlar daxildir. Həmçinin onların asudə vaxtlarının səmərəli keçirilməsi də proqramda nəzərdə tutulub. Bundan əlavə, könüllülər üçün dövlətçilik və vətənpərvərlik mövzularının təbliği prioritet məsələlərdəndir”.
Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed