Şrift:
Təbrizli işçilər etiraz aksiyası keçirib
06.12.2021 [10:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dekabrın 5-də Təbrizin “Səhənd cam” şüşə şirkətinin işçiləri etiraz aksiyası keçirərək işi dayandırıvlar.

əmək haqlarının aşağı olduğuna etiraz edən işçilər bir neçə saatlığa işi dayandıraraq şirkət rəhbərliyindən inflyasiya səviyyəsinin qalxması səbəbindən əmək haqlarının artırılmasını tələb ediblər.

Onlar istəklərinin reallaşmaması və aşağı olan əmək haqlarının qaldırılmaması təqdirdə yenidən uzun müddətli tətil aksiyasına başlayacaqları ilə bağlı xəbərdarlıq ediblər.

2006-cı ildən fəaliyyətə başlayan Təbrizin “Səhənd cam” şirkəti xüsusi şişələr istehsal edən ən böyük istehsalam müəssisələrindən biridir və hal-hazırda şirkətdə 1000 nəfər işçi çalışır.
Bu xəbər oxucular tərəfindən 907 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed