Şrift:
Fərəc Quliyev Azərbaycan XİN-in bu addımını doğru qərar kimi şərh edib
06.12.2021 [18:17] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Dekabrın 3-də İsveçin paytaxtı Stokholm şəhərində, ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulurdu.

Lakin Azərbaycan tərəfi bu müzakirələrə qaıtlmaqdan imtina etdi. Buna səbəb kimi isə, görüşdən cəmi bir neçə saat öncə Ermənistan parlamentarilərinin, Qarabağa qanunsuz səfər etməsi əsas göstərildi.

Azərbaycanın Ermənistan və rəsmi İrəvanın böyük ümidlər bəslədiyi ATƏT qarşısında sözügedən addımı atmasına bir sıra partiya rəhbərlərinin münasibətini öyrəndik.

Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev də Azərbaycan XİN-in bu addımını doğru qərar kimi şərh edib:

“Həm Ermənistan, həm də dəstəkçiləri görməlidirlər ki, Azərbaycanın haqlı və dəmir iradəsi var. Biz soyuqqanlı şəkildə beynəlxalq qanunlara əsaslanan və noyabr bəyanatından irəli gələn müddəaların həyata keçirilməsini istəyirik. Əgər rəsmi İrəvan bunu istəməyəcəksə, rəsmi Bakı onların bu ərköyünlüklərinə dözməyəcək və boş danışıqlara da getməyəcək. Azərbaycan növbəti mərhələdə, sülhə məcburetmə əməliyyatlarını belə reallaşdıra bilər. Biz artıq bunu nümayiş etdirməliyik. Mən hesab edirəm ki, Azərbaycan XİN-in bu addımı tam yerində olan bir addımdır”.

Murad Əhmədov/ Bizim.Media
Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed