Şrift:
Ulu öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə və xalqın yaddaşına əbədi həkk olunub
07.12.2021 [10:36] - Gündəm, Sosial
Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi böyük siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyev mənalı ömrünü Azərbaycan xalqının xoşbəxtliyi və respublikamızın inkişafı naminə sərf edib.

Bu fikir Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr olunmuş “Tarixin böyük azərbaycanlısı” adlı tədbirdə səsləndirilib.

Beyləqan rayon peşə məktəbinin müəllim və tələbə kollektivinin, könüllü gənclərin və mərkəzin əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin direktoru Xəyalə Kərimova çıxış edərək, xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü böyük işlərdən, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən, xilaskarlıq rolundan, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışıb. Dahi rəhbərin adının Azərbaycan tarixinə və xalqın yaddaşına əbədi həkk olunduğunu bildirib.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed