08.12.2021 [10:08] - Gündəm, Sağlıq
Cənubi Koreyada COVID-19 pandemiyası dövründə sutkalıq yoluxma sayı ilk dəfə 7 mini ötüb
Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzinin məlumatına istinadla xəbər verir ki, ötən sutka ərzində 7 min 175 yoluxma aşkarlanıb. Bundan əvvəlki antirekord (5 min 352 yoluxma) dekabrın 3-də qeydə alınıb.
Ölkə üzrə ötən gün qeydə alınan yoluxmaların 80 faizi paytaxt Seulun payına düşüb. Hospitalizasiya olunanların, o cümlədən ağır xəstələrin sayının çoxalması səbəbindən xəstəxanalara əlavə çarpayılar quraşdırılır. Bundan başqa, "omikron" ştamına yoluxmalar da səlahiyyətli qurumları narahat edir. İndiyədək Cənubi Koreyada bu ştama 38 yoluxma aşkarlanıb.
Qeyd edək ki, Cənubi Koreya hökuməti pandemik vəziyyətin yenidən ağırlaşması fonunda dekabrın 3-də karantin tədbirlərini 4 həftə müddətinə sərtləşdirib. Paytaxt Seulda 6, ölkənin digər yerlərində isə 8-dən çox insanın toplaşması qadağan edilib. Qapalı məkanlara, o cümlədən kafe və restoranlara, fitnes zallarına, gecə klublarına, at və velosiped yarışları arenalarına girişdə müştərilər COVID-19 vaksinasiya sertifikatı və ya koronavirus testinin neqativ nəticəsi barədə arayış təqdim etməlidirlər. Vaksin sertifikatı 6 ay qüvvədə olacaq. Bu, noyabrın 1-də karantin rejiminin yumşaldılmasından sonra epidemik vəziyyətin ağırlaşması nəticəsində əks istiqamətdə qəbul edilən ilk məhdudiyyət qərarıdır. Cənubi Koreya hökuməti əvvəlcədən elan etdiyi kimi COVID-19 virusuna qarşı tam peyvənd olunanların ölkə əhalisinin sayının 70 faizinə çatmasından sonra noyabrın 1-də karantin rejimini ilk mərhələdə yumşaldıb. Amma noyabrın ortasından başlayaraq sutkalıq yoluxma sayı davamlı çoxalmağa başlayıb. Bu dövrdə sutkalıq yoluxma sayında bir neçə dəfə antirekord qeydə alınıb. Hökumət bu cür şəraitdə dekabrın ortasına nəzərdə tutulan karantin rejiminin növbəti yumşaldılmasını təxirə salıb.
“Omikron” ştamının xaricdən axınının qarşısını almaq üçün bəzi ölkələrdən olan sərnişinlərin ölkəyə girişinə məhdudiyyət və qadağalar tətbiq edilir. Bundan başqa, sərhəd-keçid karantin tədbirləri sərtləşdirilib.

Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |