08.12.2021 [10:27] - Xəbərlər, Bildiriş
Bu barədə mərhumun ailəsindən məlumat verilib.
Qeyd edək ki, A.Balayev 19 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, habelə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.
O, bir sıra tarixi əsərlərin, elmi araşdırmaların müəllifidir.
1998-ci ildə Aydın Balayevin "1917-1918-ci illərdə Azərbaycan İstiqlal Hərəkatı" adlı monoqrafiyası nəşr edilib.
Tanınmış alim həmçinin "XIX - XX əsrlərdə etnolinqvistik proseslər" (Bakı, 2005), "Fevral inqilabı və Milli nailiyyətlər" (2008, Moskva), "Мамед Эмин Расулзаде" (1884-1955) (Москва, 2009), "Azərbaycan Türkləri: Milli Şüur prosesləri" (Bakı, 2010) əsərlərinin də müəlifidir.
Aydın Balayevin ən sanballı əsərlərindən biri də görkəmli Azərbaycan mütəfəkkiri, dövlət xadimi Əhməd bəy Ağaoğlu haqqındadır. "Əhməd bəy Ağaoğlu" kitabı Bakıda nəşr edilib.
Həyat yoldaşı Nailə xanımın verdiyi məlumata görə, mərhum Bakıda, Yasamal qəbiristanlığında dəfn olunacq.
Əhməd Obalı və Güney Azərbaycan Televiziyasının yaradıcı kollektivi mərhumun həyat yoldaşı Nailə xanıma və övladlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

Bu xəbər oxucular tərəfindən 2960 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |