Şrift:
İran rəsmisi Azərbaycanla İsrailin əlaqələrindən danışıb
26.12.2012 [11:53] - Güney Azərbaycan xəbərləri, Siyasət
İran XİN-in (xarici işlər nazirliyi) strateji məsələlər üzrə baş eksperti hesab edir ki, SSRİ dağıldıqdan sonra İsrail İranın Qafqaz ölkələri ilə münasibətlərində etimadsızlıq və gərginlik atmosferi yaratmağa, habelə İran və Azərbaycan arasında iqtisadiyyat və enerji sahəsində münasibətlərə təsir göstərməyə çalışıb.


İran XİN-in strateji məsələlər üzrə baş eksperti, Ermənistanda keçmiş səfir Məhəmməd Fərhad Kuleyni irdiplomacy.ir-ə müsahibəsində bildirib ki, İsrail və Azərbaycanın hərbi-texniki əməkdaşlığının fəallaşması həm İranda, həm də Ermənistanda həyəcana səbəb olur.


“Aydındır ki, bu halda israillərin yeganə məqsədi Azərbaycanın İranla münasibətlərinə təsir göstərməkdir. Digər tərəfdən, İsrail İran ətrafında müharibə meydanı yaratmağa və bölgədə təsirini gücləndirməyə çalışır”, deyə Kuleyni bildirib. Ekspertin sözlərinə görə, bu əməkdaşlığın başlanğıcı 2008-ci ildə Cənubi Osetiyada Rusiya-Gürcüstan silahlı münaqişəsi ilə qoyulub. Bundan əvvəl İsrail Tbilisi ilə hərbi sahədə sıx əməkdaşlıq edirdi, lakin Cənubi Osetiyada silahlı münaqişə İsrailin strateji xəttini Bakıya çevirdi. Kuleyni qeyd edib ki, İsrail bu məsələdə Rusiyanın həssaslığını diqqətə alır və Moskva ilə zəruri danışıqları aparıb.


O, həmçinin qeyd edib ki, Azərbaycan-İsrail əməkdaşlığı İran üçün təhlükə yaratmır, amma bölgədə çətinliklər yarada və qarşıdurmaları gücləndirə bilər.
Bu xəbər oxucular tərəfindən 1000 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed