Şrift:
Beyləqanda “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusu müzakirə edilib
09.12.2021 [10:04] - Gündəm, Sosial
Dekabrın 8-də Beyləqan rayonunda “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) bildirilib ki, tədbirdə təşkilatçı qurumların nümayəndələri – DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm Ədalətoğlu, Elvin İbrahimov, rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Mehriban İsgəndərova, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, məişət zorakılığından zərər çəkmiş şəxslər müvəqqəti sığınacaqla təmin edilir, onlara dövlət hesabına hüquqi və tibbi yardım göstərilir. O da vurğulanıb ki, əhali arasında mütəmadi olaraq məişət zorakılığının qarşısının alınmasına yönəlmiş maarifləndirmə tədbirləri təşkil edilir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 611 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed