26.12.2012 [15:31] - Güney Azərbaycan xəbərləri
İranın paytaxtı Tehranda və bir neçə başqa şəhərdə ictimai təhlükəsizliyi təmin etmək məqsədilə polis küçələrdə, parklarda və başqa ictimai yerlərdə reydlər keçirib.
Reydlər zamanı oğruluq etməkdə, ədəb və İslam qaydalarını pozmaqda, quldurluqda təqsirləndirilən 100 nəfərdən çox adam həbs edilib.
Tehran Polis İdarəsinin rəisi bildirib ki, həbs edilənlərin məhkəmələri televiziyadan yayımlanacaq. Eyni reydlər İranın Kərəc, Həmədan, Əlborz şəhərlərində də keçirilib. Kərəcdə 11 nəfər həbs edilib. Onlardan 7-nin oğru olduğu bildirilir. Həmədanda isə reydlər zamanı asayişi pozmaqda təqsirləndirilən 3 nəfər saxlanılıb.
Əhaliyə ibrət olması üçün reydlər zamanı həbs edilənlər şəhərlərin mərkəzlərində, ictimai yerlərdə piyada və avtomobillərlə gəzdirilib. Saxlanılanların gəzdirildiyi maşının üstünə yazılıb ki, bu, İranda polis qüvvələrinin keçirdiyi 7-ci reyddir. Bəzi həbs edilənləri isə küçələrin birində dəmir məhəccərlə hasarlanmış açıq yerdə saxlayaraq, əhaliyə nümayiş etdiriblər.

Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |