Şrift:
Bu vaxtadək İtaliyada COVID-19-a qarşı 100 milyon dozadan çox peyvənd vurulub
10.12.2021 [09:44] - Gündəm, Sağlıq
COVID-19 infeksiyasına qarşı aparılan vaksinasiya kampaniyası çərçivəsində İtaliyada indiyədək 100 milyon 372 min 569 doza peyvənd tətbiq olunub.

Keçən il dekabrın 27-dən bu vaxtadək ən azı bir doza vaksin qəbul edənlərin sayı 47 milyon 520 min 690 nəfərdir. Bu göstəricinin 12 yaşdan yuxarı əhalinin sayına olan nisbəti 87,99 faizdir.

Peyvəndlərini tamamlayanların sayı isə 45 milyon 857 min 400 nəfər təşkil edir. Ölkədə hər iki doza peyvənd edilənlərin 12 yaşdan yuxarı əhaliyə sayına nisbəti 84,91 faiz olub. Vaksinasiyadan keçdikdən sonra virusdan sağalanların sayı isə 364 min 124 nəfərdir.

Sentyabrın 20-dən etibarən İtaliyada xərçəng xəstələri və immuniteti zəif olan şəxslərə üçüncü doza peyvənd vurulur ki, indiyədək 10 milyon 120 min 382 doza əlavə peyvənd tətbiq edilib.
Bu xəbər oxucular tərəfindən 985 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed