Şrift:
Ermənistan Suriyadan qaçmış 100-ə yaxın erməni ailəsini işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirib
26.12.2012 [15:38] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan Ordusu tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində Suriyadan qaçmış 100-ə yaxın erməni ailəsi yerləşdirilib. Erməni mediasının verdiyi məlumata görə, əsasən Dağlıq Qarabağda, Kəlbəcər və Laçın rayonları ərazilərində məskunlaşdırılmış erməni ailələri Suriyada baş verən silahlı toqquşmalarla əlaqədar ölkəni tərk edərək Ermənistana sığınıblar.



Ermənistan isə qaçqın ailələri işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşdırıb.



İşğal altındakı Azərbaycan ərazilərində yerləşdirilmiş erməni ailələrinin mənzil və yardımlarla təmin olunduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 1245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed