13.12.2021 [10:01] - Gündəm, Sosial
Ümummilli lider Heydər Əliyev haqqında həyəcansız danışmaq mümkün deyil. Özümdən asılı olmadan, həmişə bu dahi şəxsiyyətdən söz düşəndə, onu xatırlayanda qəhər məni boğur. Bu da təbii ki, Heydər Əliyevə olan dərin sevgimdəndir. Kaş Ulu Öndər sağ olaydı, bu günləri görəydi. Torpaqlarımızın erməni işğalından azad edildiyi günləri, Qələbəmizi onunla bir yerdə qeyd edərdik. Onun ruhu indi şaddır. Şükürlər olsun ki, Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev uzun illər sonra ata vəsiyyətini yerinə yetirdi, bu gün biz bir-birimizin üzünə fəxrlə baxırıq.
Bu fikirləri açıqlamasında Bakı sakini, təqaüddə olan Fəxrəddin Fətəliyev söyləyib.
Bakı sakini Ümummilli Liderin Azərbaycanı dərin məhəbbətlə sevdiyini və onun üçün böyük arzuları olduğunu qeyd edib: “Ulu Öndər azərbaycanlı olmağı ilə fəxr edirdi. O, bütün həyatını Vətənə xidmətə həsr etdi. Fenomen yaddaşa, gözəl natiqlik qabiliyyətinə malik olan Heydər Əliyevin gözündən heç nə yayına bilməzdi. O, uşaqla-uşaq, böyüklə-böyük kimi davranırdı. Məhz bu səbəbdən xalq onu sevirdi və həmişə də sevəcək. Çünki Heydər Əliyev kimi dahilər yüz ildə bir dəfə doğulurlar”.
Qarabağ Zəfərimizin əsası məhz Ulu Öndərin xidmətləri sayəsində yaradıldığını qeyd edən F.Fətəliyev respublikamızın bundan sonra daha böyük uğurlara imza atacağını vurğulayıb: “Azərbaycan daha böyük zəfərlər qazanacaq. Çünki ölkəmizin sükanı etibarlı əllərdədir”.

Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |