Şrift:
Milli güləş, kəmər güləşi üzrə ölkə birincilikləri və çempionatı keçirilib
14.12.2021 [10:05] - Gündəm, İdman
Cəlilabad Olimpiya İdman Kompleksində milli güləş üzrə ölkə birinciliyi, kəmər güləşi üzrə ölkə birinciliyi və çempionatı keçirilib.

Gənclər və İdman Nazirliyindən bildiriblər ki, yarışlarda 15 komandanın tərkibində 150-dən çox güləşçi iştirak edib. Hər iki yarışda komanda üzrə Cəlilabad rayonunun güləşçiləri birinci yerə çıxıblar.

Qaliblərə Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının diplom və medalları təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 973 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed