14.12.2021 [10:10] - Xəbərlər, İqtisadiyyat
Gürcüstan cari ilin yanvar-noyabr ayları ərzində 1042,3 min ton benzin və dizel yanacağı idxal edib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 37,5 min ton və ya 3,7 faiz çoxdur.
Bu barədə Gürcüstan Neft İdxalatçıları Birliyindən məlumat verilib.
Bildirilib ki, cari ilin 11 ayı ərzində idxal olunan yanacağın 537,5 min tonu benzin olub. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 43,8 min ton və ya 8,9 faiz çoxdur.
Hesabat dövründə Gürcüstanın aldığı yanacağın 504,8 min tonu isə dizel yanacağı olub.
Gürcüstan idxal etdiyi yanacağın əsas hissəsini Azərbaycandan alıb.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 194,5 min ton yanacaq alıb. Bu da Gürcüstanın ümumi mal idxalının 18,7 faizini təşkil edib.

Bu xəbər oxucular tərəfindən 595 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |