Şrift:
Nərimanov rayonunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil edilib
14.12.2021 [10:35] - Xəbərlər, Sosial
Nərimanov rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Heydər Əliyev irsi gələcəyimizdir” adlı “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Dekabrın 13-də Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən intellektual oyunda rayonun ali və orta ixtisas təhsil müəssisələrinin komandaları mübarizə aparıblar.

Oyunun yekun nəticələrinə görə, birinci yeri Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası tutub. İkinci pillədə “Bakı Avrasiya” kollecinin, üçüncü yerdə isə Azərbaycan Dillər Universitetinin komandaları qərarlaşıblar.

Qalib komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

İntellektual oyununun keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, onun zəngin irsini və ideyalarını böyüməkdə olan gənc nəslə aşılamaq, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.
Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed