Şrift:
Avropalı diplomatlar: “İranın danışıqlardakı mövqeyi nüvə razılaşmasına ziddir”
14.12.2021 [10:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Böyük Britaniya, Fransa və Almaniya diplomatları dekabrın 13-də Fransa agentliyinə açıqlamalarında deyiblər ki, İranla aparılan müzakirələr hələ də nəticə verməyib.

“Biz saatlarla onlarla, yəni İran nümayəndə heyəti ilə danışıqlar aparmışıq. Lakin hələ də ciddi bir nəticə yoxdur. Elə buna görə də bütün nümayəndə heyətləri danışıqlarda daha ciddi və məntiqli rəftar etməsi üçün İrana təzyiq göstəriblər.

Lakin bu ana qədər biz real danışıqlara gedə bilməmişik. İranın danışıqlarda sərgilədiyi yeni mövqeyi nüvə razılaşmasına ziddir. Bu isə qiymətli vaxtımızı itirməyimizə gətirib çıxarıb”, -deyə Britaniya, Fransa və Almaniya diplomatları “Fransa” agentliyinə açıqlamalarında bildiriblər.

Xatırladaq ki, 2015-ci ildə imzalanmış nüvə razılaşmasını canlandırmaq üçün dünya güclərinin İranla Vyanada apardığı danışıqlar beş aylıq bir fasilədən sonra noyabrın 29-dan başlayaraq davam eydirilsə də, müzakirələrdə bu günə qədər hər hansı bir irəliləyiş yoxdur.

Bəzi Qərb mənbələrinin dediyinə görə, rəsmi Tehran Vyana danışıqlarını uzatmaqla gizli şəkildə öz nüvə proqramını inkişaf etdirməyə və özünün ilk atom bombasını istehsal etməyə çalışır.

İsrail isə dəfələrlə açıq şəkildə İranın heç vaxt nüvə silahına yiyələnməsinə imkan verməyəcəyini və bunun qarşısını almaq üçün əlindən gələni edəcəyini açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 1031 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed